Polkovnik Özləm xanım general oldu

Polkovnik Özləm Qarapınar Türkiyə Hərbi Hava Qüvvələrinin tarixində general-mayor hərbi rütbəsinə yüksələn ilk qadın oldu.

Polise.az Bakupost.az-a istinadən xəbər verir ki, bununla bağlı qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Ali Hərbi Şuranın iclasında qəbul edilib.

Ümumilikdə, Türkiyə Silahlı Qüvvələrinin 69 polkovnikinə general və admiral rütbələri verilib. Onların arasında Türkiyə tarixində ilk kosmonavt Alpər Gezeravcı da var.

Beləliklə, avqustun 30-dan etibarən Türkiyə Silahlı Qüvvələrinin sıralarında xidmət edən general və admiralların sayı 334-ə çatacaq.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button