Rzayi: ABŞ-nin iqtisadi əməliyyatına qoşulan ölkələr İranın hədəfi olacaq

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib ki, ABŞ-nin Tehrana qarşı iqtisadi əməliyyatına qoşulacaq qonşu ölkələrin maraqları İranın hədəfinə çevriləcək.

Polise.az xəbər verir ki, bu barədə Rzayiyə istinadən İranın dövlət televiziyası məlumat yayıb.

“Biz münaqişəni genişləndirməyə çalışmırıq. Lakin İranı əhatə edən ölkələr ABŞ-nin Tehrana qarşı iqtisadi müharibəsinə qoşularsa, onların maraqlarına zərbə vuracağıq”, – deyə Rzayi bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı iqtisadi əməliyyatın başladığını açıqlayıb.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button