Gəncədə baş verən ana qətlinin bəzi təfərrüatları məlum olub – YENİLƏNDİ/FOTO

HGəncədə baş verən qətlin bəzi təfərrüatları məlum olub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin kənd təsərrüfatı məhsulları və paltar satışı aparılan bazarlarından birində baş verib.

İlkin ehtimala görə, 44 yaşlı Ramil İsmayılov anası Laləzər Verdiyevanı qeyri-rəsmi yaşadığı qadına görə öldürüb. Hadisədən bir gün öncə ana və oğlu arasında mübahisə yaşanıb. Mərhum oğlundan həmin qadından ayrılmasını tələb edib.

Növbəti gün R.İsmayılov anasının işlədiyi bazara gələrək bıçaqla ona xəsarət yetirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə təhvil verilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.

***

13:28

Gəncədə 64 yaşlı qadın qətlə yetirilib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 64 yaşlı L. Verdiyevanı kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən oğlu 44 yaşlı Ramin İsmayılov saxlanılıb.

Qeyd edək ki, hadisə şəhər ərazisində yerləşən bazarda qeydə alınıb.

1962-ci il təvəllüdlü L.Verdiyeva bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona yardım edilsə də, qadının həyatını xilas etmək mümkün olmayıb.

Medial
Medial
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button