Ağdamda traktor minaya düşüb – YENİLƏNDİ

Sentyabrın 5-də Ağdam rayonunun işğaldan azad edilmiş Çəmənli Sarıcalı kəndi ərazisində mina partlayışı hadisəsi baş verib.

Polise.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatında qeyd olunub.

Bildirilib ki, Ağcabədi rayonu Şotlanlı kənd sakini 1972-ci il təvəllüdlü Sarıyev Elmdar Xan oğlunun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi traktor minaya düşüb. Hadisə zamanı Sarıyev Elmdar xəsarət alıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır.

***

05.09.2026 / 23:41

Ağdamda traktor minaya düşüb.

Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

Sürücü “K-700” markalı texnika ilə sahədə şum işləri apararkən tank əleyhinə minaya düşüb.

Güclü partlayış nəticəsində traktor tamamilə yararsız hala düşsə də, sürücü xəsarət almayıb. Hazırda aidiyyəti qurumların əməkdaşları tərəfindən hadisənin baş verdiyi sahəyə baxış keçirilir.

Medial
Medial
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button