Bakıda inşa edilən binalar niyə pərdələnmir?

Bakı şəhəri Nəsimi rayonu Vəzirov küçəsində(Qardaş Türkiyə Səfirliyinin aşağı giriş tərəfi) Sifarişçi:28 Residense MMC,Layihəçi:Arxitektural MMC və Podratçl:Kamur Qrup MMC-lərin birgə iştirakı ilə üç il əvvəl tikilən, indi isə , yeni,ikinci hündür mərtəbəli yaşayış binasını inşa edilir.
Tikilən yaşayış binasının ətrafı isti havalarda toz,səs-küy,yağışlı havalarda isə yığılan çirkab və palçıq S.Vurğun küçəsinə və Bakıxanov prospektinə çıxışı uzun radiuslu məsafədə nəqliyyatın,həmçinin vətəndaşların hərəkəti üçün arzuolunmaz hala çevirir.
Üç il əvvəl tikilmiş və hazırda inşa edilən ikinci, yeni hündür binanın həyəti ndə qazıntı işləri aparıldığından ,palçıqlı həyətdən avtomobil yoluna çıxış və giriş bərbad halda olur.Həyət müvəqqəti hərəkət üçün çınqılla örtülmədiyindən sakinlər və digər vətəndaşların haqlı narazılığına,habelə əsəb gərginliyinə səbəb olur.Birbaşa ofisə edilən müraciətlərə məhəl qoyulmur.
2026-cı il Şəhərsalma və memarlıq ili elan olunduğuna görə, həmin küçə və prospektlər yeni asfalt örtüyü ilə əvəzlənmiş və hərəkətin istiqaməti üçün xəttlər çəkilsə də,tikinti ərazisindən iri qabaritli nəqliyyat vasitələrinin daşıdığı torpaq və digər istifadəyə yararsız olan daşımalar yeni asfalt örtüyünün səliqə və səhmanına ciddi ziyan vurur. Çox təəssüf ki, şirkətlər bunun fərqində deyillər.
Tikinti işlərilə məşğul olan belə şirkətlərdə çox qəribə bir hal yaşanır.Tikintinin intensiv aparıldığı ərazi Türkiyə səfirliyi, sakinlərin yaşadığı hündür binalar çəmbərəyə alıb.5 il ərzində tikilən binaların atmesferə və ətrafa yayıldığı,sağlamlığa təsir edəcək toz-torpağın qarşısını almaq üçün bina pərdələnmir.Sanki nəzarət mexanizmi yoxdur.
Ölkə Konstitusiyasının 78-ci maddəsində təsbit edilən Ətraf mühitin qorunması hər bir Az.vətəndaşının borcu kimi vurğulanır.
Ərazilərdə ekoloji tarazlığın təmin edilməsi də tikinti şirkətlərinin borcu sayılır.
Azərbaycan respublikası CM-nin 247-ci maddəsinə görə Sənaye,k/təsərrüfatı, elmi və digər obyektlərin layihələşdirilməsi,tikintisi,istismara buraxılması zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunmadıqda cavabdeh şəxslərin əməli cəza təhdidi altında təqib olunmalıdır.
Polise.az ictimai nəzarət qaydasında hesab edir ki, tikinti şirkətlərinin ətrafa və sakinlərə açıq hörmətsizliklə ifadə olunan hərəkətləri və həkətsizlikləri qəbuledilməzdir,vətəndaşların Konstitusion hüquqlarından sayılan “Sağlam ətraf mühitində yaşamaq” hüquna da ziddir.
Vəziyyət Şəhərsalma və Memarlıq ilinin tələbinə,həmçinin qüvvədə olan qanunvericiliyə uyğun tənzimlənməlidir.




