Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb

Qusar rayonunda kəsici alətlə ictimai qaydanı pozan şəxs polis əməkdaşlarına müqavimət göstərib.
Bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Məlumata görə, 22 yaşlı şəxs polis əməkdaşları tərəfindən xidməti tabel silahı tətbiq edilməklə saxlanılaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Polise.az



