Bakı sakini evində bacısı oğlu tərəfindən bıçaqlanıb – YENİLƏNDİ

Bakının Sabunçu rayonunda dayısını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Polise.az-ın xəbərinə görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı Zakir Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar aparılır.

***

09.16.2026, 03:59

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Polise.az-ın məlumatına görə, hadisə Maştağa qəsəbəsinin Hüsü Hacıyev küçəsində qeydə alınıb.

1982-ci il təvəllüdlü Nüsrət Müslüm oğlu Məmmədov yaşadığı evdə bacısı oğlu ilə mübahisə edib. Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib.

İlkin məlumata görə, N.Məmmədovun bacısı oğlu əvvəlcə onun üzünə, daha sonra bədəninə bıçaq zərbələri endirib.

Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button