Tehranda 400 minlik böyük səfərbərlik: Qadın batalyonları YARADILIR

İran KİV-lərinin verdiyi məlumata görə, Tehranda könüllü dəstələrin, o cümlədən qadın batalyonlarının iştirakı ilə “Canfəda” proqramı çərçivəsində təlim və tədbirlər keçirilir.
Polise.az xəbər verir ki, proqramın əsas elementlərindən biri avtomobillərlə hərəkət edərək silahla davranma bacarıqlarını nümayiş etdirən qadınların təlimi olub.
Paralel olaraq Tehran əyalətində “Canfəda” təlimlərinin daha miqyaslı mərhələsinə hazırlıq görülür. Zəruri könüllü batalyonlarının formalaşdırıldığı bu manevrlərə 110 minə yaxın şəxsin cəlb edilməsi nəzərdə tutulub.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlığı bundan əvvəl proqramda iştirak üçün kütləvi müraciətlərin olduğunu bildirib. Yerli media vasitələrinin məlumatına görə, qeydiyyatdan keçən könüllülərin sayısı artıq 400 min nəfəri ötüb.
Polise.az



