Paşinyan: Geri çəkildik və sülh sazişinin mətni ilə razılaşdıq

“Hərtərəfli təhlükəsizliyin qurulması yolunda məsələləri necə düşündüyümüzün və necə qavradığımızın böyük əhəmiyyəti var. Bizim təhlükəsizliklə bağlı bir çox problemlərimiz düşüncəmizdən, reallığı və mühiti qavramağımızdan başlayır. Bu gün Ermənistanda belə problemlər var”.
Polise.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan “Hərtərəfli təhlükəsizlik və dayanıqlılıq” Forumunda çıxışı zamanı deyib.
“Ermənistanla Azərbaycan arasında sülh sazişi üzrə danışıqlar o zaman uğurla başa çatdı ki, biz X məqamında mexaniki qarşılıqlılıq prinsipindən geri çəkilmək qərarına gəldik. Gördük ki, elə bir vəziyyət yaranıb ki, sülh sazişinin mətnini “pinq-ponq” üsulu ilə daha da yaxşılaşdırmaq üçün artıq heç bir potensial yoxdur. Qarşımızda seçim yarandı: qarşılıqlılıqla bağlı həmin “pinq-ponq”u davam etdirmək, yoxsa başqa məntiq qurmaq yoluna getmək. Qərar qəbul etdik ki, bu mətnlə razılaşırıq”, – o bildirib.
Polise.az



