Lənkəranda döyülən yeniyetmənin vəziyyəti ağırdır – FOTO

Lənkəranda tanışları tərəfindən döyülən yeniyetmənin vəziyyəti ağırdır.

Teleqraf-ın Cənub bürosunun məlumatına görə, hadisə rayonun Kərgəlan kəndində baş verib.

2010-cu il təvəllüdlü E. İbadov tanışları ilə aralarında yaranan mübahisə zamanı döyülüb.

Yaxınlarının sözlərinə görə, hadisə kənd ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrindən birinin həyətində baş verib. Bildirilir ki, mübahisə zamanı yeniyetmələrdən biri E. İbadovu döyərək başı üstə yerə çırpıb.

Yaralı yaxınları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin olaraq dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda vəziyyəti ağır qiymətləndirilən E. İbadov süni tənəffüs aparatına qoşulub.

Medial
Medial
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button