Tarixdə 100 ən nüfuzlu şəxs – Araşdırma

Tarixdə 100 ən nüfuzlu şəxs (ing. The 100: A Ranking of the Most Influential Persons in History) — amerikalı astrofizik Maykl Hartın 1978 və 1992-ci illərdə nəşr olunmuş kitabı. Kitab qısa tərcümeyi-hallar məcmuəsidir. Kitabda əsas siyahıdan olan insanlarla yanaşı, digər mühüm şəxslərin də siyahısı verilmişdir. Bu siyahıda, əsas siyahıdan fərqli olaraq, şəxslərin daha kiçik həcmli qısa tərcümeyi-halları da verilmişdir.
| Sıra nömrəsi | Ad | Yaşadığı illər | Şəkil | Vəzifəsi | Təsiri |
|---|---|---|---|---|---|
| 1 | Məhəmməd | 570 – 632 | Dünyəvi və dini lider | İslam dininin banisi, müsəlmanların peyğəmbəri, eyni zamanda dövlət xadimi, diplomat, sosial islahatçı, tacir, filosof, natiq, hərbi lider. | |
| 2 | İsaak Nyuton | 1643–1727 | Alim | İngilis fiziki, riyaziyyatçı, astronom, filosof, əlkimyaçı və teoloq. | |
| 3 | İsa Məsih | E.ə.7–2 – b.e.26–36 | Dini lider | Xristianlığın mərkəzi fiquru | |
| 4 | Budda | E.ə.563–483 | Dini lider | Qədim Hindistanda dini müəllim və filosof, Buddizmin banisi. | |
| 5 | Konfutsi | E.ə.551–479 | Filosof | Qədim Çin mütəfəkkiri, filosof, Konfusianizmin banisi. | |
| 6 | Həvari Pavel | 5–67 | Xristian həvari | xristianlıq tarixində ən böyük missioneri, Əhdi Cədiddə 13 müraciətnamə onun adını daşıyır. | |
| 7 | Çay Lun | 50–121 A | Çin ixtiraçısı | Kağızın ixtiraçısı | |
| 8 | İohann Qutenberq | 1398–1468 | İxtiraçı | İlk dəfə mexaniki çap üsulunu ixtira etmiş alman ixtiraçısı | |
| 9 | Xristofor Kolumb | 1451–1506 | Səyyah | İtaliyalı dəniz səyyahı, Amerikanı kəşf edən şəxs. | |
| 10 | Albert Eynşteyn | 1879–1955 | Alim | Alman nəzəri fiziki | |
| 11 | Lui Paster | 1822—1895 | Alim | fransalı mikrobioloq, kimyaçı, mikrobiologiyanın banisi | |
| 12 | Qalileo Qaliley | 1564—1642 | Alim | İtaliyalı fizik, astronom, filosof | |
| 13 | Aristotel | e.ə.384—322 | Filosof | Yunan filosofu, formal məntiqin banisi | |
| 14 | Evklid | e.ə.325—265 | Riyaziyyatçı | Yunan riyaziyyatçısı, “həndəsənin atası” | |
| 15 | Musa | e.ə.XIII əsr | Peyğəmbər | İudaizmin banisi |



