Universitet müəllimləri etiraza başladı… – İranda…

İranda Şiraz Universitetinin müəllim heyəti əməkhaqqı və qanuni ödənişlərlə bağlı tələblərinin yerinə yetirilməməsinə etiraz olaraq kollektiv fəaliyyət dayandırmağa hazırlaşır.
Polise.az  xəbər verir ki, bu haqda “IranWire” və İranla bağlı digər nəşrlər məlumat yayıb.
Şiraz Universitetinin Müəllim Heyətinin Həmkarlar İttifaqı Şurasının bəyanatına əsasən, professor və müəllimlər 28 sentyabrdan etibarən tədris, elmi-tədqiqat və inzibati fəaliyyətlərini ikinci bir bildirişədək dayandıracaqlar.
Şura bildirir ki, universitet rəhbərliyi və İran Elm, Tədqiqat və Texnologiya Nazirliyinin aidiyyəti qurumları ilə 6 ay ərzində danışıqlar aparılsa da, müəllimlərin əməkhaqqı ilə bağlı problemləri həll edilməyib.
Narazılığın əsas səbəblərindən biri müəllimlərin maaşlarının yenidən hesablanmasını nəzərdə tutan qərarın tam icra olunmamasıdır. Müəllimlər yeni maaş qərarlarına uyğun ödənişlərin həyata keçirilmədiyini bildirirlər.
İran Elm Nazirliyi isə gecikməni maliyyə resurslarının çatışmazlığı və əməkhaqqı qərarları ilə ödəniş sistemindəki uyğunsuzluqlarla izah edir.
Şiraz Universitetinin müəllim həmkarlar ittifaqı İranın Büdcə və Planlaşdırma Təşkilatını prosesə mane olmaqda ittiham edir.
Qeyd edək ki, İran Universitet Professorları Həmkarlar İttifaqı da sentyabrın əvvəlində əməkhaqqı tələbləri təmin olunmadığı təqdirdə müəllimlərin tədris, elmi-tədqiqat və inzibati fəaliyyətlərini dayandıra biləcəyi barədə xəbərdarlıq edib.
Hazırkı məlumatlara görə, söhbət universitetin dövlət tərəfindən bağlanmasından deyil, müəllimlərin əməkhaqqı tələblərinə etiraz olaraq fəaliyyətlərini dayandırmasından gedir.
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button