DİN: Tarixi missiya uğurla yerinə yetirildi – VİDEO

Daxili İşlər Nazirliyi (DİN) 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib.
Polise.az xəbər verir ki, paylaşımda 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror əməliyyatının Azərbaycanın Zəfər salnaməsində xüsusi yerə malik olduğu vurğulanıb.
“Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları və polis əməkdaşları bu tarixi missiyanın yerinə yetirilməsində fədakarlıq və qəhrəmanlıq göstərərək ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyinin tam bərpası yolunda qarşıya qoyulan tapşırıqları uğurla icra ediblər. Onların döyüş yolu – şəhidlərin qəhrəmanlığı, qazilərin şücaəti və hərbi qulluqçuların nümayiş etdirdiyi əzmkarlıq vətənə sədaqət və xalqa xidmət nümunəsidir”, – paylaşımda qeyd olunub.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button