Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı viza proseduru sadələşdirildi – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək 15 yaşınadək (U-15) oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalı ilə bağlı sərəncam imzalayıb.

Polise.az xəbər verir ki, sərəncama əsasən, turnirlə əlaqədar ölkəmizə gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları sadələşdirilib.

Qərara görə, turnir iştirakçıları və qonaqlar 2026-cı il sentyabrın 22-dən noyabrın 5-dək Azərbaycanın beynəlxalq hava limanlarında viza ala biləcəklər. Bunun üçün aşağıdakı sənədlərdən birini təqdim etmək kifayətdir:

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu;

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) müvafiq qaydalarına uyğun olaraq elektron qeydiyyat sistemi vasitəsilə akkreditasiyadan keçməni təsdiq edən sənəd.

Xarici İşlər Nazirliyinə viza prosedurlarının sadələşdirilməsi və “ASAN Viza” vasitəsilə elektron viza almaq imkanları barədə FIFA-nı, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasını və xarici ölkələrin müvafiq orqanlarını məlumatlandırmaq tapşırılıb.

Eyni zamanda, Dövlət Miqrasiya Xidməti Azərbaycana uçuşlar reallaşdıran aviasiya şirkətlərinə bu barədə müvafiq bildirişlər göndərəcək.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button