Zelenski Nyu-Yorkda Trampdan öncə Makronla görüşdü…-FOTOLAR

Ukrayna prezidenti Vladimir Zelenski Nyu-Yorkda fransalı həmkarı Emmanuel Makronla görüşüb.
Polise.az “Korrespondent” nəşrinə istinadla xəbər verir ki, görüş Fransanın BMT-dəki daimi nümayəndəsinin iqamətgahında baş tutub.

Makronla danışıqlarından əvvəl Zelenski amerikalı konqresmenlərlə görüşüb və onlara Rusiyaya qarşı sanksiyalar qanun layihəsini qəbul etdiklərinə görə təşəkkür edib.
Zelenski ilə görüşməzdən əvvəl Makron özü ABŞ prezidenti Donald Trampla danışıqlar aparıb.
“Ukraynanın enerji infrastrukturuna və mülki infrastrukturuna hücumlara moratorium qoymaq üçün səylərimizi birləşdirəcəyik. Mülki şəxslər qorunmalıdır və Rusiya ilə Ukrayna arasında sülh şərtləri ilə bağlı ən qısa zamanda ciddi danışıqlara başlamalıyıq”,- Makron görüşdən sonra sosial mediada belə yazıb.
Xatırladaq ki, 20 sentyabrda Vladimir Zelenski Donald Trampla telefon danışığı aparıb. Tərəflər Nyu-Yorkda görüşmək barədə razılığa gəliblər.
Polise.az



