Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlandı

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ardıcıl tədbirlər keçirilib.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, saxlanılan M.Abdullayevdən 10 kiloqramdan artıq narkotik vasitə və 118 ədəd narkotik tərkibli həblər aşkarlanıb.

Şöbə əməkdaşlarının həyata keçirdiyi digər tədbirlərlə isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən F.Pirməmmədov saxlanılıb. Həmin şəxsdən 7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, son 10 gün ərzində Biləsuvar rayonunda polis əməkdaşları tərəfindən keçirilən əməliyyatlarla ümumilikdə 34 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button