Dövlət qulluğu ilə bağlı yeni Məcəllə hazırlanıb – Bir sıra qanunlar ləğv ediləcək

Azərbaycanda dövlət qulluğu sahəsində hüquqi tənzimləmənin vahid məcəllə əsasında həyata keçirilməsi nəzərdə tutulur.

Polise.az xəbər verir ki, Milli Məclisə təqdim olunan qərar layihəsinə əsasən, “Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsi” təsdiq ediləcək. Məcəllənin qüvvəyə minməsi ilə dövlət qulluğu sahəsini tənzimləyən bir sıra ayrıca qanunların ləğvi təklif olunur.

Siyahıda 2000-ci ildə qəbul edilmiş “Dövlət qulluğu haqqında” Qanunla yanaşı, dövlət qulluqçularının iş vaxtı, əməkhaqqına yerli əmsalların tətbiqi, ağır və təhlükəli qulluq şəraiti, etik davranış qaydaları və Dövlət Qulluğunu İdarəetmə Şurası ilə bağlı qanunlar da var.

Layihədə keçid müddəaları da müəyyənləşdirilir. Buna əsasən, hazırda qüvvədə olan normativ hüquqi aktlar yeni Məcəlləyə uyğunlaşdırılanadək ona zidd olmayan hissədə qüvvədə qalacaq.

Bundan başqa, qüvvəyə minənədək mövcud qanunvericiliyə əsasən inzibati vəzifə üzrə test imtahanından keçmiş və etibarlı dövlət qulluğu sertifikatı olan şəxslərin hüquqları qorunacaq. Onlar sertifikatlarının qüvvədə olduğu müddətdə yeni Məcəllənin tələblərinə uyğun müsahibələrdə iştirak edə biləcəklər.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button