Ceyhun Bayramov: Azərbaycan 140-dan çox ölkəyə 400 milyon dollar yardım göstəribU

Azərbaycan 2020-ci ildən bəri dünyanın 140-dan çox ölkəsinə təxminən 400 milyon ABŞ dolları məbləğində yardım göstərib.
Polise.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışında açıqlayıb.
Nazirin sözlərinə görə, Azərbaycan son illərdə beynəlxalq humanitar, iqtisadi və texniki yardım fəaliyyətinin əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirib.
Bayramov bildirib ki, yardım proqramlarında inkişaf etməkdə olan kiçik ada dövlətlərinə və Afrikadakı tərəfdaş ölkələrə xüsusi diqqət yetirilir.
XİN rəhbəri Azərbaycanın beynəlxalq həmrəyliyin gücləndirilməsinə və dayanıqlı inkişafın dəstəklənməsinə sadiq olduğunu vurğulayıb.
Polise.az



