Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət etdi

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

İdarədən verilən xəbərə görə, yağış və çiskin zamanı yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması sürücülərdən daha çox diqqət və məsuliyyət tələb edir.

“Sürücülərdən hava şəraitini düzgün qiymətləndirməyi, meteoroloji şəraitə uyğun sürət həddi seçməyi, nəqliyyat vasitələrinin şüşəyuyanları və şüşəsilgəclərinin müəyyən edilmiş rejimdə işləməsini yoxlamağı, həmçinin zərurət olmadan yollarda qəfil manevrlər və kəskin tormozlama hərəkətləri etməməyi xahiş edirik.

Piyadalar da öz növbəsində təhlükəsizlik qaydalarına daha ciddi əməl etməli, özlərinin və başqalarının həyatını təhlükəyə atmamalıdırlar” – deyə məlumatda qeyd olunub.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button