Qırğızıstan Prezidenti Türkmənistanda səfərdədir

Qırğızıstan Prezidenti Sadır Japarov işgüzar səfərlə Türkmənistana gəlib.
Polise.az xəbər verir ki, dövlət başçısının təyyarəsi Türkmənbaşı şəhərindəki beynəlxalq hava limanına enib.
Prezidenti hava limanında Türkmənistan xarici işlər naziri Rəşid Meredov qarşılayıb.
Hava limanında Mərkəzi Asiya dövlətlərinin, Azərbaycan Respublikasının və MDB dövlət başçılarının görüşündə iştirak edəcək ölkələrin bayraqları asılıb, xalça sərilib və fəxri qarovul dəstəsi düzülüb.
Səfər çərçivəsində Prezident Sadır Japarov Mərkəzi Asiya dövlətlərinin və Azərbaycan Respublikasının dövlət başçılarının məşvərət görüşündə və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək, həmçinin ikitərəfli görüşlər keçirəcək.
Polise.az



