Ukrayna Rusiyanı “CAN EVİNDƏN” VURDU, ordu şəhərə GİRDİ, sırada Putinin BUNKERİDİR

Ukrayna ötən gecə Rusiyada Ryazan vilayətinin Sasovo şəhərində dəzgah zavoduna, həmçinin Yandex məlumat mərkəzinin yerləşdiyi kompleksə zərbə endirib.
Polise.az xəbər verir ki, “Sasta” zavodu ağır metal emalı dəzgahlarının istehsalında ixtisaslaşıb və onlardan hərbi texnika istehsalında istifadə olunur.
Yandex Sasovo Məlumat Mərkəzi 12 MVt-a qədər gücə malik və on minlərlə serveri yerləşdirmək üçün infrastrukturu olan böyük mərkəzdir.
Zərbədən sonra Yandex-in işində ciddi problemlər meydana gəlib.
Qeyd edək ki, son həftələrdə Rusiya Ukraynada yerləşən bir neçə böyük məlumat mərkəzinə zərbə endirib.
Ukrayna sülhə nail olmaq üçün həll yollarını araşdırmağa hazırdır və tərəfdaşları ilə 5 fərqli atəşkəs formatı üzərində işləyir.
Axar.az xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Georgi Tixiy bildirib.
O deyib ki, sözügedən formatlar Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın əvvəllər qeyd etdiyi formatlarla eynidir:
1. Tam və qeyd-şərtsiz atəşkəs – Ukraynanın 2025-ci ilin mart ayında dəstəkləməyə razılaşdığı ümumi atəşkəs. Bu müqavilə qüvvədə qalır və Rusiyanın qarşılıqlı qərarını gözləyir;
2. Qara dəniz formatı – Türkiyə və Misirlə birgə hazırlanan Qara dənizdə təhlükəsizlik təklifləri;
3. Qara dənizdə ərzaq təhlükəsizliyi – Hindistanın fəal iştirakı ilə qida ixracatının qorunması qərarı;
4. Hindistanın təklif etdiyi enerji atəşkəsi – Hindistanın fəal şəkildə çalışdığı enerji infrastrukturu sektorunda atəşkəs;
5. ABŞ enerji atəşkəsi – Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ lideri Donald Tramp tərəfindən müzakirə edilən enerji sektorunda atəşkəs üzərində iş.
Onun sözlərinə görə, bu formatlar Ukrayna diplomatlarının iştirakı ilə hazırlanıb, realdır və qarşılıqlı faydalıdır.
Gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız Real Partiyasının sədri Natiq Cəfərlidir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Polise.az



