Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq görün hansı məşhurun oğludur – FOTOLAR

Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyevlə səmimi dialoqu ilə diqqət çəkən azyaşlının kimliyi məlum olub.

Polise.az xəbər verir ki, Prezidentə “Mən sizi çox istəyirəm” deyən uşaq Əməkdar artist, xanəndə Babək Niftəliyevin oğlu Ömər Niftəliyevdir.

Oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilən MDB ölkələrinin Milli Mətbəx Festivalı çərçivəsində Azərbaycan pavilyonunda uşaqların iştirakı ilə musiqi nümunələri təqdim olunub. Sezar pizza

Həmin vaxt İlham Əliyevlə uşaqlar arasında səmimi söhbət baş tutub. Azyaşlılardan birinin Prezidentə ünvanladığı sözlər sosial şəbəkələrdə və mediada maraqla qarşılanıb.

Məlumata görə, Ömər və qardaşı Cavidan Niftəliyev kiçik yaşlarından musiqi ilə məşğul olur. Onlar atalarının rəhbərliyi ilə Prezidentin qarşısında “Mehriban olaq” mahnısını ifa ediblər.

Babək Niftəliyev açıqlamasında bildirib ki, hər üç övladı Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alır. Onun sözlərinə görə, Ömər məktəbin 3-cü, Cavidan isə 6-cı sinfində oxuyur. Sənətçinin böyük oğlu Mehdi də vokalçıdır və həmin məktəbdə 9-cu sinifdə təhsil alır. Ömərin Türkmənistana səfəri isə onun ilk xarici səfəri olub.

Qeyd edək ki, Babək Niftəliyev Azərbaycan muğam sənətinin tanınmış nümayəndələrindəndir və Əməkdar artist fəxri adını daşıyır.\\Bakivaxti.az

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button