Avropa İttifaqı Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təsdiqləyib

Avropa İttifaqı Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təsdiqləyib.
Polise.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “X” hesabında məlumat verib.
Onun sözlərinə görə, sanksiyaların yarısından çoxu Rusiyanın ballistik raket istehsalı zəncirini hədəfə alıb.
Aİ-nin bəyanatında isə deyilir ki, sanksiyalar müdafiə sektoru ilə əlaqəli 1600-ə yaxın şirkət və fiziki şəxsi əhatə edir.
Polise.az



