Çin XİN rəhbəri Azərbaycana səfər edəcək

Çinin xarici işlər naziri Van İ oktyabrın 14-dən 20-dək Azərbaycan, Xorvatiya, Monteneqrovə Bolqarıstana səfər edəcək.
Polise.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, Van İ oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısında Çin lideri Si Cinpinin xüsusi nümayəndəsi kimi iştirak edəcək.
Polise.az



