Prezident təqaüdçüləri hansı universitetlərin tələbələridir? – Bölgü açıqlanıb

2026-2027-ci tədris ilində Prezident təqaüdünə layiq görülən tələbələrin universitetlər üzrə sayı məlum olub.

Polise.az “AzEdu.az”a istinadən xəbər verir ki, onlardan 35-i Bakı Ali Neft Məktəbinin tələbəsidir:

“Azərbaycan Tibb Universiteti – 25 nəfər

ADA Universiteti – 18 nəfər

Bakı Dövlət Universiteti – 15 nəfər

UNEC – 5 nəfər

Dövlət İdarəçilik Akademiyası – 2 nəfər”.

Xatırladaq ki, Prezident İlham Əliyev 2026–2027-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2026–2027-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycanın ali təhsil müəssisələrinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verilib.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button