Qırğızıstan Prezidenti iki günlük Azərbaycana gəlir

Qırğızıstan Prezidenti Sadır Japarov oktyabrın 14-15-də Azərbaycana işgüzar səfər edəcək.
Polise.az xəbər verir ki, Qırğızıstan dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitində iştirak edəcək.
Tədbir çərçivəsində dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri qarşılıqlı əlaqələr, rəqəmsallaşma və dayanıqlı inkişaf sahələrində regional əməkdaşlığın dərinləşdirilməsinin aktual məsələlərini müzakirə edəcəklər.
Müşavirənin yekunları üzrə əməkdaşlığın gələcək inkişafına və möhkəmləndirilməsinə yönəlmiş bir sıra sənədlərin qəbul edilməsi gözlənilir.
Polise.az



