Qazaxıstan Prezidenti İlham Əliyevə təşəkkür etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Respublika Günü münasibətilə təbrik göndərən xarici dövlət başçılarına təşəkkürünü bildirib.

Polise.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

“Respublika Günü münasibətilə səmimi təbriklərini və xoş arzularını çatdıran bütün dövlət və hökumət başçılarına, eləcə də beynəlxalq təşkilatların rəhbərlərinə təşəkkür edirəm. Suveren ölkəmizə ünvanladığınız xoş arzular xalqımız tərəfindən minnətdarlıqla qarşılanıb”, – Kasım-Jomart Tokayev vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev də oktyabrın 25-də qazaxıstanlı həmkarına təbrik məktubu ünvanlayıb.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button