Bakıda “ASAN xidmət” və BMT-nin beynəlxalq sammiti başladı – FOTO

Bu gün Bakıda “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq sammit öz işinə başlayıb.

Polise.az xəbər verir ki, sammit BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə keçirilir.

Tədbirdə BMT rəsmiləri, üzv ölkələrin nazirləri, beynəlxalq və regional təşkilatların nümayəndələri, eləcə də özəl sektor və akademik dairələrin təmsilçiləri olmaqla, 200-ə yaxın qonağın iştirakı gözlənilir.

Sammit 2024-cü ilin noyabrında Azərbaycan Hökuməti ilə BMT arasında imzalanmış Töhfə Sazişi çərçivəsində təşkil olunur.

Sazişin əsas məqsədi “ASAN xidmət” modelinin beynəlxalq səviyyədə təşviqi və müxtəlif ölkələrin dövlət qulluqçuları üçün təlimlərin keçirilməsidir.

Medial
Medial
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button