Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığını zəifləmək istəyənlər məqsədlərinə çatmayacaqlar

“Türkiyə-Azərbaycan qardaşlığını zəifləmək istəyənlər məqsədlərinə çatmayacaqlar”.

Polise.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

“Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər tarixin müxtəlif sınaqlarından keçərək bugünkü yüksək səviyyəsinə çatmışdır. “Bir millət, iki dövlət” şüarı ilə ifadə etdiyimiz bu könül birliyi ortaq keçmişimizdən aldığı güclə gələcəyimizə işıq salan sönməz məşəldir. Qardaşlığımız ortaq dil, tarix və mədəniyyət anlayışlarından daha geniş və dərin məna daşıyır. Bakının sevincini Ankaranın sevinci, Şuşanın qürurunu bütün millətimizin qüruru hesab etməyimiz də məhz bundandır.

15 iyun 2021-ci il tarixində Şuşada imzaladığımız Bəyannamə ilə müttəfiqlik əlaqələri səviyyəsinə yüksəltdiyimiz bu qardaşlığımızı zəiflətmək istəyənlər dünən olduğu kimi, bu gün də, sabah da öz məqsədlərinə əsla nail ola bilməyəcəklər. Uca Allahın izni ilə birliyimiz daim olacaqdır. Biz bu baxışı türk dünyasında da hakim mövqeyə qaldırmaq üçün var gücümüzlə çalışırıq. Türk Dövlətləri Təşkilatımızın bu gün əldə etdiyi yüksək səviyyə ortaq iradəmizin və səylərimizin ən konkret nəticəsidir.

Bu münasibətlə, sədrliyi dövründə türk dünyasının birliyi və bütövlüyü naminə göstərdiyi səylərə görə Azərbaycana təşəkkür edirəm. İnşallah, biz də öz sədrliyimiz dövründə təşkilatın daha effektiv və daha institusional struktura qovuşması üçün səylərimizi davam etdirəcəyik”, – dövlət başçısı vurğulayıb.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button