Türkiyənin birinci xanımı Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib – FOTO

Türkiyənin birinci xanımı Əminə Ərdoğan Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib.

Polise.az xəbər verir ki, bu barədə onun sosial media hesablarında paylaşım olunub.

“Sevincini və qürurunu bölüşdüyümüz Azərbaycanın 8 Noyabr Zəfər Gününü ürəkdən təbrik edirəm. Bu tarixi Zəfər uğrunda canlarından keçmiş qardaş Azərbaycanın bütün qəhrəmanlarını rəhmət və minnətdarlıqla yad edirəm”, – Əminə Ərdoğan bildirib.

Paylaşımda Əminə Ərdoğanın və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə çəkilmiş fotoları da yer alıb.

Medial
Medial
Medial
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button