Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərhum xalq şairi Bəxtiyar Vahabzadənin Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş şeirini səsləndirib.

Polise.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatı zamanı deyib.

Ərdoğan adıçəkilən şeirdə iki ölkənin ortaq dəyərlərini və qardaşlıq münasibətlərini vurğulayıb:

“Birdir bizim hər halımız

Diləyimiz, amalımız

Bayraqlarda hilalımız

Azərbaycan-Türkiyə”.

Türkiyə Prezidenti Azərbaycanın şanlı bayrağının səmalarda əbədi olaraq dalğalanmasını arzulayıb.

O, 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edib, Azərbaycan xalqına salam və məhəbbətlərini çatdırıb.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button