Zakir Həsənov koronavirusa yoluxub

Müdafiə naziri Zakir Həsənov koronavirusa (COVID-19) yoluxub. Bu barədə Prezident İlham Əliyev Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi zamanı deyib.

“Zakir Həsənov xəstələndi, Covid oldu”, – Prezident İlham Əliyev qeyd edib.

Dövlət başçısı müdafiə nazirinin müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev Zakir Həsənova salam söyləməyi tapşırıb, şəfa arzulayıb.

Xatırladaq ki, bu gün 8 Noyabr – Zəfər Günü ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nümayəndə heyəti ilə birlikdə Azərbaycana səfər gəlib. Səfər çərçivəsində o, Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada görüş keçirib.

 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button