Bu gün Lavrov və Çavuşoğlu Rusiyada Qarabağ məsələsini müzakirə edəcəklər

Bu gün Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Soçidə bir günlük işçi səfərdə olan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək.

TASS-ın yaydığı məlumata görə, nazirlər Birgə Strateji Planlaşdırma Qrupunun 8-ci iclasında iştirak edəcəklər.

Bu dəfə Çavuşoğlu və Lavrovun Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderlərinin üçtərəfli bəyanatının icrasına və humanitar yardımın göstərilməsinə xüsusi diqqət ayıracaqları ehtimal edilir.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button