Qardaş ölkəni yasa boğan faciə – Helikopter qəzasında şəhid olan 4 hərbçinin adı açıqlandı

Türkiyənin Malatya vilayətində hərbi helikopterin qəzaya uğraması nəticəsində şəhid olan 4 hərbçinin adları açıqlanıb.
Polise.az xəbər verir ki, noyabrın 12-də axşam saatlarında Malatyanın Yeşilyurt rayonunun Samanköy məhəlləsində S-70 Sikorsky tipli hərbi helikopter qəzaya uğrayıb.
Faciə nəticəsində şəhid olan hərbçilər bunlardır:
1. Pilot mayor Ərdəm Çimen
2. Pilot mayor Orhun Pınar
3. Baş gizir Hüseyin Zehir
4. Gizir Sərxan Öndər
Məlumata görə, helikopter yaşayış binalarının yaxınlığındakı açıq əraziyə düşüb. Qəzadan sonra güclü yanğın başlayıb, alov yaxınlıqdakı evlərdən birinə də keçib. Hadisə yerinə yanğınsöndürənlər, polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yanğın söndürülüb, ərazidə əlavə insan tələfatı qeydə alınmayıb.
Türkiyənin Milli Müdafiə Nazirliyi şəhid hərbçilərin ailələrinə, Silahlı Qüvvələrə və türk xalqına başsağlığı verib.
Musavat.com




