Zelenski İlham Əliyevə təşəkkür etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Dublində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü ilə bağlı sosial media hesablarında paylaşım edib.

Polise.az xəbər verir ki, Ukrayna lideri ölkəsinə humanitar yardım göstərdiyinə görə Azərbaycana təşəkkürünü bildirib.

“Dublin şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində fəaliyyətə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən başladım. Ölkələrimiz arasında münasibətlər inkişaf edir və əməkdaşlığın prioritet istiqamətlərini müzakirə etdik. İlk növbədə, “Drone Deal” (Pilotsuz uçuş aparatları sahəsində saziş) məsələsinə toxunduq. Artıq imzalanmış müqavilələr var və sifarişlərin həcmini artırmaq üçün çalışırıq.

Həmçinin Azərbaycan biznesinin Ukraynada təmsil olunmasını müzakirə etdik. Şirkətlərin Ukraynada qalmasını və xalqımız üçün fəaliyyətlərini davam etdirməsini yüksək qiymətləndiririk. Onlar bunu çox vaxt Rusiyanın xain hücumlarına baxmayaraq edirlər.

Ukraynadakı vəziyyəti, Rusiyanın fasiləsiz hücumları nəticəsində enerji və nəqliyyat sistemində yaranan çətinlikləri ətraflı müzakirə etdik. İndiyədək göstərilən yardıma görə təşəkkür etdim.

Qış mövsümü ərəfəsində Azərbaycanın Ukraynanın kritik infrastrukturu və logistikasına dəstək göstərmək üçün yenidən imkan tapacağı təqdirdə minnətdar olarıq. Bu məsələ ilə bağlı komandalarımıza müvafiq iş aparmağı tapşırdıq”, – Volodimir Zelenski vurğulayıb.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button