İlham Əliyev: Vyetnam 2020-ci ildə müharibə zamanı bizə güclü dəstək göstərdi

“2020-ci ildə ərazimizin işğaldan azad edilməsi uğrunda müharibə zamanı biz Vyetnam xalqı və Hökuməti tərəfindən həmrəylik gördük, siz bizə güclü dəstək göstərdiniz, o cümlədən BMT Təhlükəsizlik Şurasında”.
Polise.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Vyetnam Sosialist Respublikasının Baş naziri Le Minh Hunq ilə görüşündə bildirib.
Dövlət başçısı münasibətlərin tarixi boyunca ölkələr arasında yüksəksəviyyəli həmrəylik və dostluğun mövcud olduğunu qeyd edib:
“Siz Vyetnam Prezidentinin 1959-cu ildə Azərbaycana səfərini qeyd etdiniz. Prezident Ho Şi Min əziz qonaq kimi qarşılanmışdı. Azərbaycan xalqı sizin müstəqillik və azadlıq uğrunda mübarizənizi, xalqınızın işğal dövründə göstərdiyi qəhrəmanlığı qətiyyətlə dəstəkləyib”.
Polise.az



