Azərbaycanda bütün kolleclər universitetlərə birləşdiriləcək

“2027-2030-cu illərdə orta ixtisas təhsili pilləsini ali təhsil ekosisteminin bir parçası olaraq görürük. Hazırda mövcud olan kolleclərin müvafiq ali təhsil müəssisələrinə verilməsini və onların tam olaraq birgə inteqrasiyasını nəzərdə tuturuq”.

Polise.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman “2026-2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu nəticələri”nin müzakirəsinə həsr olunan tədbirdə deyib.

O qeyd edib ki, artıq bu prosesə başlanılıb: “Biz həmin kollecləri təhsil müəssisəsinin ayrılmaz tərkib hissəsi kimi görürük. Necə ki, ali təhsildə bakalavr, magistratura və doktorantura pillələri mövcuddur və mütəxəssislər ali təhsil müəssisələrində yetişdirilir, eyni qaydada həmin ali təhsil müəssisələrinin kolleclərində də orta ixtisas təhsili alan şəxslərin birbaşa əmək bazarına buraxılması planlaşdırılır.

Həmçinin qeyd edim ki, 9-cu sinifdən sonra kolleclərə qəbulun məhdudlaşdırılması, 11-ci sinifdən sonra isə qəbulun davam etdirilməsi nəzərdə tutulur. 9-cu sinif bazasından qəbulun gələcəkdə yalnız peşə təhsili müəssisələrində həyata keçirilməsi planlaşdırılır”.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button