İran Prezidentindən əhaliyə xəbərdarlıq: Qarşıdakı çətin aylara hazır olun

İran Prezidenti Məsud Pezeşkian ölkənin qarşıdakı aylarda ciddi iqtisadi çətinliklərlə üzləşəcəyini bildirib.

Polise.az “AL Jazeera”ya istinadla xəbər verir ki, İran Prezidenti bu barədə Tehranda keçirilən illik Kapital Bazarları Konfransında deyib.

O, İranın “səssiz iqtisadi müharibə” ilə üz-üzə olduğunu vurğulayaraq, bu vəziyyətin raketlərin atıldığı müharibədən daha ağır olduğunu qeyd edib.
Pezeşkian vətəndaşlara müraciətində qarşıdakı ayların çətin keçəcəyini də əlavə edib.

Məlumata görə, ABŞ-nin İran limanlarına tətbiq etdiyi blokada ölkə iqtisadiyyatına əlavə təzyiq göstərir. Bunun nəticəsində İran iqtisadiyyatının daha da daralacağı və on milyonlarla insanın çətinliklərlə üzləşəcəyi gözlənilir.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button