TRIPP üzrə avtomobil yolu, dəmir yolu və elektrik xətlərinin layihələndirmə işləri aparılır

“TRIPP layihəsinin praktiki icrasına hazırlıq işləri artıq başlayıb”.

Polise.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

“Artıq bu bazar ertəsi TRIPP layihəsinin praktiki icrasına hazırlıq işlərinə başlamışıq. Ərazidə xüsusilə dəmir yolu sahəsində təmizləmə işləri aparılır, tikinti meydançasının hazırlanması işləri həyata keçirilir. Paralel olaraq hazırda avtomobil yolu, dəmir yolu və elektrik ötürücü xətlərinin layihələndirilməsi işlərini də aparırıq. Bütün bu işləri Ermənistan Respublikasının hökuməti həyata keçirir. TRIPP İnkişaf Şirkəti tam formalaşdıqdan sonra işləri onlara təhvil verəcəyik ki, onlar eyni nöqtədən davam etsinlər və mümkün qədər az vaxt itirək”, – Paşinyan deyib.

Baş nazir layihəni Ermənistanın müstəqillik əldə etməsindən bəri iqtisadi və maliyyə miqyasına görə ən böyük təşəbbüslərdən biri kimi xarakterizə edib və onunla paralel həyata keçirilməsi gözlənilən proseslərin də əhəmiyyətini vurğulayıb.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button