Bakı birtərəfli hərbi əməliyyat keçirəcək…
Qarabağı tərk etməyən və Azərbaycan əsgərlərinə hücum edən erməni yaraqlıları müharibədəki məğlubiyyətə görə qisas almağa və atəşkəsi pozmağa çalışırlar.
Bunu Rusiyanın “İnfo24.ru” saytına açıqlamasında rusiyalı politoloq Sergey Markov deyib.
Onun sözlərinə görə, Qarabağ meşələrində müharibənin davam etməsini istəyən daha radikal qüvvələrin nümayəndələri qalıb:
“Bu qüvvələr Rusiya sülhməramlılarına da təhlükə törədir. Düşünürəm ki, bu, müəyyən dərəcədə yerli əhali ilə, amma ilk növbədə, terror fəaliyyətində zəngin təcrübəsi olan Daşnaksütyun Partiyasından olan ultramillətçilərlə bağlıdır.
Belə birləşmələrin məhv edilməsi çox vacib vəzifədir. Məncə, həm Azərbaycan, həm Ermənistan, həm də Rusiya sülhməramlılarının iştirak edəcəyi üçtərəfli hərbi əməliyyat keçirmək lazımdır.
Əgər bu baş verməsə, onda Azərbaycan birtərəfli şəkildə hərbi əməliyyat keçirəcək. Bu hücumlar davam edərsə, onların məhv edilməsinin zəruriliyi məsələsi gündəmə gələcək”.