Bakıda zülmkar qaynananı öldürən gəlinə 16 illik həbs cəzası

Bakı Ağır Cinayətlər Məhkəməsində qaynanasını qətlə yetirməkdə ittiham olunan Bakı şəhər sakini, 36 yaşlı Mədinə Qreçnevanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Hadisə ötən il sentyabrın 18-də paytaxtın Xətai rayonu Telnov küçəsi 3, mənzil 91 ünvanında baş verib.

70 yaşlı Valentina Qreçnevanın oğlu Alik Qreçnev işdən evə qayıdan zaman anasının qan içində olduğunu görüb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları yaşlı qadının baş nahiyyəsində bir neçə xəsarət aşkar ediblər. Keçirilən əməliyyat-istintaq tədbirləri zamanı ailənin gəlini Mədinə Qreçneva şübhəli şəxs qismində saxlanılıb. İlkin dindirmə zamanı M.Qreçneva cinayəti etiraf edib.

M.Qreçneva barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cü (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

İlkin dindirmə zamanı M.Qreçneva törətdiyi əməli etiraf edib.  Evliliyin ilk günündən etibarən qaynanasının onunla yola getmədiyini, oğlundan onu boşamasını ı tələb etdiyini deyib. Ailədaxili narazılıqlar səngimək bilməyib və Mədinə oğlunu da götürərək ər evini tərk edib. Amma həyat yoldaşı ilə əlaqəsini kəsməyib. Qaynanası evdə olmadığı zamanlar əri Aliklə evdə görüşüb. Mənzilin açarının biri Mədinə də olub. Növbəti dəfə evə gələrkən dəhlizdə qaynanası ilə rastlaşıb. Qaynana-gəlin arasında yaranan mübahisə qansız ötüşməyib.

Məhkəmə prosesində M.Qreçneva ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. İfadəsində qaynanasını öldürmək niyyəti olmadığını, hadisə baş verən gün 70 yaşlı Valentinanın ona bıçaqla hücum çəkdiyini, özünü qorumaq üçün masadakı boş araq şüşəsi ilə onun başına zərbə vurduğunu göstərib: “Bir əlində bıçaq, bir əlində də boş dixlofos qabı üstümə hücum çəkdi. Onun  hücumunu dəf etmək üçün araq şüşəsi ilə dörd dəfə başına vurdum.  Üzərimə gəldiyi üçün özümü müdafiə etmişəm”.

M.Qreçnevanın  həmçinin ifadəsində birgə yaşadıqları dövrdə qaynanasının  evi zibilxanaya çevirdiyini, mütəmadi olaraq spirtli içki içdiyini, onu heç vaxt gəlin kimi qəbul etmədiyini, hətta oğlu Danielinin atasının Alik olmadığını iddia edib.

Zərərçəkmiş Alik Qreçnov məhkəməyə verdiyi ifadəsində işdən evə qayıdan zaman anasını dəhlizdə qan içərisində tapdığını deyib. O, məhkəmədən anasının qatilinə ən ağır cəza verilməsini tələb edib.

Məhkəmənin hökmü ilə M.Qreçneva cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrum edilib.

Mənbə
Virtualaz.org
Hamısını Göstər

Related Articles

Back to top button