Ramiz Məmmədov “Polis veteranları cəmiyyəti”nin təsisçisi deyil!
Ramiz Məmmədov adlı şəxsin sosial şəbəkələr üzərindən özünü “Polis veteranları cəmiyyəti”nin” təsisçisi kimi təqdim etməsi polis veteranlarının haqlı narazılığına və hiddətinə səbəb olmuşdur.
Müstəqilliyin ilk illərində cəmi bir neçə il daxili işlər orqanlarında xidmət etmiş birinin ictimai rəyi çaşdırmağa hesablanmış hərəkətləri əsla yolverilməzdir.
Özünü “polis veteranı” adlandıran bu şəxs daxili işlər orqanlarında xidmətdən getdikdən sonra törətdiyi cinayətlərə görə dəfələrlə məhkumluq həyatı yaşayıb.
Odur ki, belə birisinin şərəfli peşə sahibləri, polis veteranları adından danışmasına heç bir mənəvi haqqı yoxdur.
Bizlər-çoxminli polis veteranları Ramiz Məmmədovun bu əməlini qınayır və onun polis veteranları adından danışmasına qəti etiraz edirik.
PS: Bir neçə dəfə məhkum həyatı yaşamış, lakin hələ də islah olunmayan və cəmiyyətdə müvazinətini qoruyub saxlaya bilməyən belə bir şəxsin ictimai münasibətlərə zidd çağırışlarına uymaq cahillik əlamətidir . “Polisə Dəstək” İB və “polise.az” saytı həmvətənlilərinə belə çağırışlara ciddi yanaşmamasını tövsiyə edir..