Türkiyə hərbi kəşfiyyatının keçmiş rəhbəri: “Qarabağ münaqişəsinin yenidən böyük müharibəyə çevriləcəyini düşünmürəm”

“Qarabağ münaqişəsinin yenidən böyük müharibəyə çevriləcəyini düşünmürəm. Rusiya və İran buna imkan verməz”.

Bunu Rusiyanın “PolitEkspert” qəzetinə Türkiyə hərbi kəşfiyyatının keçmiş rəhbəri İsmayıl Hakkı Pekin müsahibəsində deyib.

İsmayıl Hakkı Pekin bəzi qarşıdurmaların olacağını, lakin geniş miqyaslı təxribatların gözlənilmədiyini ehtimal edib: sülhməramlılar atəşkəsə əməl olunmasını izləyəcək.

“Oradakı müşahidəçilər – Rusiya sülhməramlılarıdır. Rusiya və Türkiyənin onsuz da Suriyadan birgə işləmək təcrübəsi çoxdur. Düşünürəm ki, bu məsələni heç bir münaqişə olmadan həll etməlidirlər”, – deyə o, hesab edir.

“Cənubi Qafqazda uzun müddətdir ki, Rusiyaya yönələn bir təhdid var idi. Qərb Ermənistanı, Azərbaycanı və Gürcüstanı NATO-ya daxil etməyə çalışır. Rusiya təbii ki, buna qarşıdır. Ancaq Ermənistanın baş naziri Nikol Paşinyan Qərbə doğru irəliləyir, ABŞ və Fransa erməni diasporundan istifadə etmək istəyir”, İ. Hakkı əlavə edib.

Hamısını Göstər

Related Articles

Back to top button