“Ermənistanın iqtisadi çoküşünün tək səbəbi COVID-19 deyil” – Torosyan

11 sentyabr 2020-ci ildən bəri qüvvədə olan karantin rejimi sayəsində ölkədə nisbətən sabit bir epidemioloji vəziyyəti təmin edilib. Çoxsaylı anti-epidemioloji qaydaların tətbiqi mümkün oldu. Karantinin uzadılması ilə bağlı İqtisadiyyat Nazirliyi ilə müəyyən fikir ayrılığımız var. Lakin yenə deyirəm, iqtisadi geriləmənin karantinlə əlaqəsi var. Amma bu, geriləmənin əsas səbəbi deyil”.

Bu fikirləri Səhiyyə naziri Arsen Torosyan söyləyib.

Qeyd edək ki, bundan əvvəl Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan karantin rejiminin daha 6 ay uzadılmasına dair qərar layihəsinin hökumətə təqdim edildiyini bildirmişdi. Səhiyyə Nazirliyinin nümayəndəsi bu qərara səbəb kimi ölkədəki epidemioloji vəziyyəti göstərib. İqtisadiyyat naziri Vaan Kerobyan da öz növbəsində Ermənistan İqtisadiyyat Nazirliyinin ölkədəki karantin rejiminin 6 ay uzadılması təklifinə qarşı olduğunu bildirib.

Hamısını Göstər

Related Articles

Back to top button