Yol polisi Saatlıda sürücü və sərnişinlərlə maarifləndirici söhbətlər aparıb

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Dövlət Yol Polis Bölməsinin əməkdaşları rayon ərazisində hərəkətin intensiv olduğu yerlərdə, dayanacaqlarda sürücü və sərnişinlərlə maarifləndirici səpkidə söhbətlər aparıb, sanitar rejimin tələblərini izah edib, sosial məsafənin qorunmasının zəruriliyini diqqətə çatdırıblar. Polis əməkdaşları tərəfindən sakinlərə tibbi maskalar paylanılıb.

Mənbə
avtosfer.az
Hamısını Göstər

Related Articles

Back to top button