Bakıda ağır qəza: Avtobus betonqarışdıran maşınla toqquşdu,yaralılar var

Bu gün səhər saatlarında Binəqədi şossesində yol nəqliyyat hadisəsi baş verib. 

Bakı Nəqliyyat Agentliyindən “Yeni Sabah”a verilən məlumatda bildirilir ki, “Manella MMC”-nin müvəqqəti istsimarında olan 108 A müntəzəm marşrut xətti üzrə 10 TG 635 Dövlət Qeydiyyat Nişanlı sərnişin avtobusu betonqarışdıran avtomobillə toqquşub.  

Hadisəylə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən müvafiq araşdırma aparılır. “Manella MMC”-nin rəhbəri Qurbanəli İsmayılov Agentliyə çağırılıb.

Agentliyin əməkdaşları hazırda hadisə yerindədir.

Hamısını Göstər

Related Articles

Back to top button