Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfərlər hansı üstünlüklər qazandırır?

Əziz Əlibəyli: “İki ölkə arasındakı sənədləşməni rəsmilikdən çox sadələşdirməyə ehtiyac var idi”

Azərbaycan və Türkiyə arasında viza rejiminin aradan qalxması və vətəndaşların daha rahat gediş-gəlişi üçün bütün lazımi addımlar atıldı. Milli Məclisdə Azərbaycan və Türkiyə hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb və qəbul olunub. Bu o deməkdir ki, artıq hər iki ölkənin vətəndaşları vizasız səfər edə biləcəklər. Bəs bu qərar hansı üstünlüklər qazandırır?

Mövzunu konkret.az-a şərh edən politoloq Əziz Əlibəyli bildirib ki, Türkiyə və Azərbaycan “bir millət iki dövlət” olmaqla yanaşı, həm də strateji tərəfdaşdır. Amma viza məsələsi ilə bağlı müəyyən problemlər mövcud idi və müxtəlif səbəblərdən dolayı bu məsələ öz həllini tapmırdı: ”2007-ci ildə birtərəfli şəkildə Azərbaycanla vizanı Türkiyə tərəfi ləğv etmişdi. Lakin problem tam olaraq həll edilməmişdi. Ümumiyyətlə, şəxsiyyət vəsiqələri ilə gediş-gəliş yeni dönəmin başlanmasından xəbər verir: “İki ölkə arasındakı sənədləşməni rəsmilikdən çox sadələşdirməyə ehtiyac var idi. Siyasi-iqtisadi və hərbi baxımdan iki ölkənin əməkdaşlığından başqa xalqların daha da yaxınlaşması üçün bu məsələ öz həllini tapmalı idi”.

Əziz Əlibəylinin sözlərinə görə, viza rejiminin tətbiqi münasibətlərə kölgə salan bir məsələdir: “Bu, qarşılıqlı səfərlər zamanı vətəndaşların incidilməsinə qədər gətirib çıxarırdı. Türkiyədə yaşayan milyonlarla azərbaycanlının rahat gediş-gəlişi, eləcə də qardaş ölkənin şirkətlərinin ölkəmizdəki sərmayəçilərinin mütəmadi səfərləri baxımından sənədlərin sadələşdirilməsi bir sıra üstünlüklər qazandırır”.

Hamısını Göstər

Related Articles

Back to top button