Ermənistandan böyük köç başladı – Müharibə ölkənin sonunu gətirdi

Fevralın 1-dən etibarən Rusiya Ermənistanla sərhədlərini açır. Bir sıra mütəxəssislərin fikrincə, bu hadisə ölkədəki ən ağır iqtisadi vəziyyət fonunda Ermənistan vətəndaşlarının “böyük köçürülməsi” ilə nəticələnə bilər. Rusiya və Ermənistanın koronavirus pandemiyası səbəbindən vətəndaşların giriş və çıxışına qoyulan məhdudiyyətləri aradan qaldıracağı yanvarın 20-də məlum oldu. Sərhədi istənilən istiqamətdən keçmək üçün koronavirus testi təqdim edilməlidir.

“Əminliklə deyə bilərəm ki, gələn ay misli görünməmiş bir mühacirət olacaq. Ermənistan Respublikasının vətəndaşları sabah böyük qruplar və ailələr halında Rusiyanın digər şəhərlərinə mühacirət edəcək, rus xidmət sektorundakı vəzifələrini əvəzləyəcək”, – deyə Narek Malyan VETO təşkilatının sosial şəbəkədəki səhifəsində yazıb. Onun fikrincə, bu dəfə “Ermənistan tarixindəki ən böyük köç” başlayacaq.

Malyan yazır: “Əminəm ki, Rusiyanın Rostov, Pskov, Vladiqafqaz və digər orta şəhərlərindən olan erməni mühacirətləri vətənlərində yaşayan xalqımıza vətənpərvərlik öyrətməyə davam edəcək, Nikolanı lənətləyəcəklər. Düşünürəm ki, bundan sonra 1 fevralı təqvimdə sadə bir vətəndaşın (Ermənistanın) ayaqları ilə səs verməsi günü kimi qeyd ediləcək”.

Ermənistan Mərkəzi Bankının keçmiş rəhbəri Baqrat Asatryanın “Vestnik Kavkaza”nın müxbirinə verdiyi müsahibədə qeyd edib ki:”Ermənistan vətəndaşlarının Rusiyaya köçü bir sıra amillərdən asılı olacaq. Bizdə adətən Rusiyada işləyən kifayət qədər böyük insan kütləsi var. Keçən il yollar onlar üçün bağlanmışdı. Üstəlik, Ermənistanda işləyənlər üçün ötən il arzuolunmaz sürprizlərlə dolu oldu. Keçən il çox böyük iş yerləri itirdik. Ona görə də iş yerini itirən böyük kütlə də Rusiyaya üz tutacaq”.

“Digər tərəfdən, belə bir sual ortaya çıxır. Rusiyada mövcud vəziyyət necədir, orada vətəndaşlarımız üçün iş təklifi varmı? Bir il əvvəl Rusiyaya işləməyə gedənlər üçün də iş imkanlarının olub-olmadığı bəlli deyil. Buna görə də əmək miqrasiyasının perspektivləri barədə suala cavab vermək asan deyil. Ancaq pul qazanmaq üçün Ermənistan əhalisi Rusiyaya köç etmək istəyi”, – deyə Asatryan vurğulayıb.

Eyni zamanda əvvəlki illərdə Ermənistandan mühacirət o həddə çatmışdı ki, Rusiyada daimi yaşamaq üçün qalmaq istəyənlərin sayı kəskin artmışdı. “Ötən illər ərzində getmək istəyənlərin hamısı getdi və müəyyən qədər özlərinə iş yeri qazandı. Amma bu gün əvvəllər mühacirət etməyənlərin böyük bir axını gözlənilir. Əlbəttə, həm daxili vəziyyətdən, həm səlahiyyətlilərin siyasətindən narazılıq, həm də ki, müharibə Ermənistanda narazılıqları yüksək səviyyəyə qaldırıb. Bu da böyük köç üçün əsaslar yaradıb”, – deyə Ermənistan Mərkəzi Bankının keçmiş rəhbəri vurğulayıb.

Hamısını Göstər

Related Articles

Back to top button