ÜST açıqladı: Koronavirusun dərmanı tapılıb
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus bildirib ki, koronavirusun müalicəsində elmi irəliləyiş əldə olunub.
Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.
O, infeksiyanın müalicəsi üçün Böyük Britaniyadakı deksametazon steroidinin klinik araşdırmalarının nəticələrindən danışıb.
Oksford alimləri müəyyən edib ki, iltihab əleyhinə dərman olan deksametazon ağciyərlərin süni ventilyasiyası cihazına bağlı xəstələrin ölüm riskini 40%-dən 28%-ə endirib. Oksigenə ehtiyacı olan xəstələrdə isə bu göstərici 25%-dən 20%-ə enib.
Dərman Böyük Britaniya hökuməti tərəfindən təsdiqlənib.
“Bu, əla xəbərdir və mən Böyük Britaniya hökumətini, Oksford Universitetini və bu elmi yeniliyə töhfə verən şəxsləri təbrik edirəm”.
Deksametazon COVID-19-u ağır formada keçirən xəstələrin müalicəsində aşağı dozada istifadə olunub. Məlumata görə, dərman ağciyərlərin süni ventilyasiyası cihazına qoşulu olan xəstələrin ölüm ehtimalını 1/3 nisbətdə azaldıb.
Qeyd edək ki, ötən gün BBC koronavirusa qarşı dərmanın tapıldığını bildirmişdi.