Koçaryan “Nikolun taktikası”ndan istifadə edir

Ermənistanın eks-prezidenti Robert Koçaryanın yeganə “kozır”ı Nikol Paşinyanın siyasətidir.

Bunu erməni politoloq Suren Surenyan deyib.

Onun sözlərinə görə, Köçəryan heç vaxt siyasətdən getməyib.

Surenyanç Koçaryanın hazırkı mövqeyinin onun özü üçün müttəfiq gördüyü Vətənin Xilası Hərəkatındakı partiyalardan fərqləndiyini bildirib:

“Koçaryan hətta Serj Sərkisyanın prezidentliyi dönəmində ildə minimum bir neçə dəfə bəyanatlarla çıxış edir, müsahibə verir, hakimiyyətin iqtisadi siyasətini tənqid edirdi. Yəni Koçaryanın siyasi kariyerası qapanmamışdı. O çalışır ki, “güclü əl” texnologiyasını Paşinyan hökumətinin fiaskosu fonunda tətbiq etsin. “Güclü əl” haqqında cəmiyyət və Koçaryanda təsəvvürlərin bir qədər fərqli olması başqa məsələdir”.

Surenyanın fikrincə, Koçaryanın təklif etdiyi hakimiyyət və düşmənləri arasında ikiqütblü seçim onun Paşinyanın 2018-ci ildə istifadə etdiyi texnologiyadan yararlanmaq niyyətində olduğunu göstərir.

Hamısını Göstər

Related Articles

Back to top button